ABŞ-də güclü yanğın: Məşhur ulduzların evləri alova büründü

ABŞ-nin Los-Anceles şəhərini əhatə edən meşə yanğını sakinlərin təxliyəsinə səbəb olub.

Lim10.az-ın xəbərinə görə, bu barədə CNN məlumat verib.

Jurnalistlərin məlumatına görə, yanğın olan ərazidə 27 minə yaxın insan yaşayır.

Çox sayda ABŞ-li məşhurun yaşadığı Pasifik-Paliseyds şəhərinin prestijli hissəsində məcburi təxliyə tətbiq edilib. Güclü külək səbəbindən alov aktiv şəkildə yayılır. Yanğın sahəsi hazırda üç kvadrat kilometrdən çoxdur.

Yanğın artıq 311 hektardan çox ərazini bürüyüb. Yaşayış binaları və infrastruktur obyektləri yanır. Bu ərazidə Cennifer Eniston, Bredli Kuper, Tom Henks, Riz Uizerspun, Adam Sendler və digər şou-biznes ulduzları yaşayırlar. Artıq yerli kinostudiyalar insidentlə əlaqədar bir sıra premyeraların ləğv edildiyini bəyan ediblər. Səlahiyyətlilər şəhərə dəyən ziyanı hesablayacaqlar, lakin ilkin olaraq bu, milyonlarla dollar dəyərində qiymətləndirilir.

Aktyor Ceyms Vuds hətta öz evindən görüntülər paylaşıb ki, kadrlarda yanğının onun ərazisinə çox yaxınlaşdığı əks olunub.

"Sadəcə, xəbər verirəm ki, biz uğurla təxliyə oluna bilmişik. Mən bilmirəm hazırda evimiz yerindədirmi, lakin təəssüf ki, bizim kiçik küçəmizdəki evlər artıq yoxdur", - deyə o bildirib.

Həmçinin yerli KİV-in məlumatına görə, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki iqamətgahı da hazırda yanğınla bağlı təxliyə zonasına düşüb. Harrisin evi təxliyə zonasının şərq tərəfində yerləşir.

Vitse-prezident özü isə hazırda Vaşinqtondadır.