Tibetdə dağıdıcı zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb

Çin seysmoloqları Tibetdə fəlakət zonasında dağıdıcı zəlzələdən sonra 24 saat ərzində 515 afterşok qeydə alıblar.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, Şiqatse şəhəri ətrafında davam edən seysmik aktivliyin 95%-ə qədərinin maqnitudası 3.0-dan aşağı olan yeraltı təkanlardan ibarət olub, ən güclüsü isə 4.4 maqnitudaya çatıb.

Xatırladaq ki, yanvarın 7-də səhər baş verib. Seysmik aktivlik bir çox yaşayış binalarının və infrastruktur obyektlərinin dağılmasına səbəb olub. Axtarış-xilasetmə işlərində 400-dən çox hərbçi iştirak edir. Fəlakət zonasından insanlar təxliyə ediliblər.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin-Nepal sərhədində baş verən zəlzələnin maqnitudası 7.1 təşkil edib. Episentri təxminən 80 min əhalisi olan Şiqatsedən 163 km cənub-qərbdə yerləşib, ocağı 10 km dərinlikdə olub. Rəsmi statistikaya görə, azı 126 nəfər həlak olub, daha 188 nəfər xəsarət alıb.