Paşinyan yüksəkvəzifəli məmuru işdən çıxartdı

Ermənistan İstintaq Komitəsində kadr dəyişikliyi baş verib.

Lim10.az erməni KİV-nə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistanın İstintaq Komitəsinin rəisi müavini Artur Melikyan istefaya göndərilib.

A.Melikyan 2019-cu il dekabrın 20-də Ermənistanın İstintaq Komitəsinin rəisi müavini vəzifəsində təyin edilmişdi. Onun yerinə vəzifəyə Vazgen Avetisyan təyin edilib.