Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarə təcili eniş etməli olub.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə zakon.kz xəbər yayıb.
Bildirilib ki, "Air Astana" aviaşirkətinin "KC915" reysi ilə uçan "Airbus A321" təyyarəsi yanacaq sisteminin təhlükəsizlik klapanındakı nasazlıq səbəbindən Aktau şəhərində məcburi eniş edib.
"Reys yanvarın 9-da saat 09:20-yə təxirə salınıb. Nasazlığı aradan qaldırmaq üçün Almatıdan ehtiyat hissəsinin çatdırılması tələb olunur. Sərnişinlərə qida və mehmanxanada yerləşmə təmin edilib. Oxşar tədbirlər Antalyadan uçuşu gözləyən sərnişinlər üçün də təşkil edilib", - deyə məlumatda vurğulanıb.