Hindistanda fil insanlara hücum etdi: Azı 17 nəfər yaralandı
Hindistanın cənubundakı Kerala ştatında festival zamanı filin hücumu nəticəsində ən azı 17 nəfər yaralanıb.
Lim10.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Heyvanın davranışı panikaya səbəb olub, insanlar təhlükəsiz yerə qaçmağa çalışıblar. Yaralananların əksəriyyəti çaxnaşma nəticəsində yaranan izdihamda xəsarət alıblar.
Fili təxminən iki saat sonra zəncirlərdən istifadə edərək sakitləşdirmək mümkün olub.