"Oskar" namizədlərinin adlarının açıqlanmasının vaxtı dəyişdi - SƏBƏB
Amerika Kino Akademiyası "Oskar" mükafatına namizədlərin açıqlanmasını Los-Anceles dairəsindəki (Kaliforniya ştatı) yanğınlar səbəbindən 17 yanvardan 19 yanvara keçirib.
Lim10.az-ın məlumatına görə, bu barədə "Deadline" portalı məlumat yayıb.
"Kaliforniyadakı dağıdıcı yanğınlardan zərərçəkənlərə başsağlığı veririk. Akademiyanın bir çox üzvü, həmkarlarımız Los-Anceles bölgəsində yaşayır və işləyir. "Oskar"a namizədlərin açıqlanması 19 yanvarda keçiriləcək", - portal Amerika Kino Akademiyasının direktoru Bill Kramerin məktubundan sitat gətirir.
Qeyd edək ki, 97-ci "Oskar" mükafatının təqdimetmə mərasimi isə martın 2-də keçiriləcək. Mərasimin aparıcısı komediya ustası Konan O'Brayen olacaq.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles regionunda başlayıb. Təbii fəlakətlə əlaqədar təxminən 100 min insan təxliyə olunub. Məhv olan binalar arasında də var, həmçinin "Hollywood" embleminin olduğu təpə də alovlar içindədir.