Ermənilər Laçından tam şəkildə çıxdı

Məlum razılaşmaya əsasən bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusuna təhvil verilməlidir.

Artıq erməni sakinlər ərazilərdən tamamilə çıxarılıb. Lakin Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftə ərzində mümkün olacaq. O vaxta qədər isə ermənilər Laçın və Zabuxda avtomobillərini dayandırmadan hərəkət edə biləcəklər. Bu arada Azərbaycan tərəfi köhnə Ağdərə yolundan istifadə edərək Tərtərdən Kəlbəcər istiqamətinə səfər edirlər.

Ermənistan tərəfi yeni yolun təmirini xeyli gecikdirdiyi üçün belə bir vəziyyət yaranıb. 

Avqustun 31-də isə İlham Əliyev və Nikol Paşinyan Brüsseldə yenidən görüşəcəklər.

Arayış üçün bildirək ki, son "Qisas" əməliyyatından sonra Kəlbəcər və Laçın rayonlarında mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Dəniz