Baydenin oğlunun evi külə döndü

ABŞ-nin hazırkı Prezidenti Co Baydenin oğlu Hanterin Malibudakı evi Kaliforniyada tüğyan edən yanğınlar nəticəsində tamamilə yanıb.

Lim10.az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

Qəzetdə dərc olunan fotolardan görünür ki, 4 milyon dollarlıq mülkdən cəmi iki baca qalıb.

Hanter Baydenin evi ayda 20 min dollara kirayə verdiyi bildirilir.

Kaliforniya Yanğın Xidmətinin məlumatına görə, Los-Ancelesdə yanğınların ümumi sahəsi demək olar ki, 11 min hektara çatıb. Yanğın 1 000-dən çox tikilini məhv edib, ən azı 5 nəfər həlak olub. Yerli hökumət qonşu regionlardan olan yanğınsöndürənlərdən kömək istəyib, Vaşinqton, Oreqon və Nevadadan da təcili yardım xidmətləri göndərilib. Lakin yanğın hələ də söndürülməyib.