Türkiyədə qadın avtobusu idarə edən ərinə bıçaqla hücum edib
Türkiyənin Adana şəhərində qadın boşanmaq ərəfəsində olan ərinə ictimai nəqliyyatın sükan arxasında olarkən hücum edib.
Lim10.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.
Qeyd olunur ki, kişinin övladı anasına göstərməkdən imtina etməsi qadının hiddətinə səbəb olub, nəticədə o, bıçaqla ərinə hücum edib. Hücum edən zaman kişi iş başında olub.
Digər sərnişinlərin köməyi ilə qadını avtobusdan düşürmək mümkün olub.
Türkiyədə qadın avtobusu idarə edən ərinə bıçaqla hücum edib