Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ

Fransanın səhiyyə naziri Yannik Noyder ölkə vətəndaşlarını qrip epidemiyası ilə əlaqədar tibbi maska ​​taxmağa çağırıb.

Lim10.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

"Biz epidemiya vəziyyətindəyik və maskadan istifadə çox vacibdir. COVID-19 zamanı bizdə qastroenterit (ishal və qusmaya səbəb olan infeksiya - red.) və qrip daha az idi" - deyə Fransanın səhiyyə naziri vurğulayıb.

Y.Noyder məcburi peyvəndin mümkünlüyünə də işarə vurub.

"Ola bilsin, məcburi peyvənd tətbiq edilsin. Bu mövzuda heç bir tabu olmamalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər qrip epidemiyası Avropanı cənginə alıb və onlarla insanın ölümünə səbəb olub.