İranda saxlanılan italiyalı jurnalistin vətənə qayıtmasına İlon Mask köməklik göstərib

ABŞ-li milyarder İlon Mask 2024-cü ilin dekabrında İranda saxlanılan italiyalı jurnalist Sesiliya Salanın azad edilməsi üçün Tehranı razı salmağa köməklik göstərib.

Lim10.az-ın xəbərinə görə, barədə "The New York Times" (NYT) nəşri öz mənbələrinə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, İlon Mask bu məsələni İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə müzakirə edib.

Qeyd edək ki, Sala dekabrın 19-da "ölkənin qanunlarını pozduğuna görə" həbs olunana qədər İranda jurnalist vizası ilə işləyib.

Danışıqlar davam etdiyi müddətdə təfərrüatlar açıqlanmayıb, çünki səlahiyyətlilər və italiyalı qadının qohumları məxfiliyin qorunmasını istəyiblər. Uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq qadın yanvarın 8-də İtaliyaya uçub.