Serenay Sarıkayanın ifadəsi ortaya çıxdı: Sevgilisi ilə birlikdə olmaq üçün 5 milyon dollar alıb?

Türkiyədə menecer Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində prokurorluğa çağırılan məşhur aktrisa bəzi məqamları ortaya çıxıb.

Bu barədə Lim10.az "Haber Global"a istinadən xəbər verir.

Prokuror Sarıkayadan sevgilisi, müğənni Mert Demirlə münasibəti müqabilində menecer Ayşe Barımla birlikdə 5 milyon dollar alıb-almadığını soruşub.

Aktrisa Mert Demirlə münasibət müqabilində pul almadığını, il yarımdır ki, qarşılıqlı razılıq şəklində emosional münasibətdə olduqlarını, Ayşe Barımın bu münasibətlə bağlı hər hansı bir təklif və ya göstəriş vermədiyini bildirib.

Sarıkaya, həmçinin Ayşe Barımın bir iş adamından 5 milyon dollar rüşvət aldığına dair hansısa məlumatının olmadığını da qeyd edib.

"Ayşe Barım tərəfindən hər hansı təzyiq və təhdidlərə məruz qaldınızmı?" - deyə aktrisaya sual ünvanlanıb.

"Yox, mənə hər hansı şəkildə təzyiq göstərməyib", - deyə Serenay Sarıkaya cavab verib.

Eyni zamanda, prokurorluq tərəfindən digər aktyorların da ifadə verməyə çağrılacağı məlum olub.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.

Qeyd edək ki, . Əks fikirdəki aktyorları sektordan uzaqlaşdırdığı ilə bağlı tənqidlərə məruz qalan Barım istintaq prosesində bu iddialarla bağlı da sorğu-sual olunacaq.