İndoneziyada vulkan püskürüb: 3 min nəfər təxliyə edilib
İndoneziyanın Maluku əyalətində İbu vulkanı yenidən aktivləşərək 4 kilometr yüksəkliyə kül püskürüb.
Lim10.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, vulkanın püskürdüyü əraziyə yaxın yaşayan 3 min nəfər təxliyə edilib.
İndoneziyada vulkan püskürüb: 3 min nəfər təxliyə edilib