Kişi "dirildi" və öz dəfn mərasimini pozdu - Hindistanda qəribə hadisə
Hindistanda Karnataka ştatından olan yaşlı kişi öz dəfn mərasimindən bir neçə saat əvvəl gözlənilmədən "dirilib".
Lim10.az-ın xəbərinə görə, bu barədə "News9Live" nəşri yazıb.
67 yaşlı Pavitran insult keçirdikdən sonra ağır vəziyyətdə xəstəxanada yatıb, daha sonra isə həkimlər onun nəfəs almadığını və öldüyünü elan ediblər.
Kişi beş saat ərzində dəfn olunmaq üçün doğma şəhərinə aparıldığı zaman heç bir həyat əlaməti göstərməyib. Bu müddətdə yerli qəzetdə onun ölümü ilə bağlı qeyd çıxıb. Lakin sonradan həkimlərdən biri Pavitranın əlini güclə tərpətdiyini görüb, sonra kişi nəfəs almağa başlayıb və özünə gəlib.
Məlum olub ki, kişi xəstəxanada huşunu itirib, tibb işçiləri isə onun öldüyünü zənn ediblər.