Cəmiyyəti ən çox narahat edən xəstəliklərdən xilasla bağlı alimlərdən möhtəşəm İCAD
Britaniyada xəstələrin əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün beyin implantı icad edilib.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "The Guardian" qəzeti milli səhiyyə xidmətinə istinadən məlumat verib.
"Cihaz depressiya, narkomaniya, obsessiv-kompulsiv pozuntu və epilepsiya kimi xəstəliklərdən əziyyət çəkən xəstələrə kömək etmək potensialına malik ola bilər", - deyə nəşrdə qeyd olunur.
Kəllə sümüyünün altına implant ediləcək cihazın "neyron klasterlərini aktivləşdirmək" üçün hədəflənmiş ultrasəs impulsları göndərəcəyi gözlənilir.
İmplantın təhlükəsizliyi və dözümlülüyü 6,5 milyon funt sterlinq (800 milyon rubldan çox) dəyərində tədqiqat çərçivəsində 30 xəstə üzərində yoxlanılacaq.
Sınaqları Britaniyanın Qabaqcıl Tədqiqat və İxtiralar Agentliyi maliyyələşdirəcək.