Sumqayıtda yataqxana yanğın: 11 nəfər təxliyə edildi
Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın hadisəsi baş verib.
Bu barədə Lim10.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub:
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.