Bərdədə biabrcıliq - azyaşlılar qarşı zorakılıq və şantaj
Bərdə rayonunun kəndlərindən birində 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.