Adil Kərimli: "İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı səneyeyə diqqət artır"

"İqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqət günü-gündən artır".
Lim10.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli "Yaradıcı Azərbaycan" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, mədəni yaradıcı sənaye metodologiyası ətrafında Azərbaycanda da müəyyən addımlar atılıb:
"Mədəniyyət Nazirliyi və İqtisadiyyat Universiteti (UNEC) tərəfindən bu mənada mədəni və yaradıcı sənaye sahələri təsnifatlaşdırılıb və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib".
Aygün Mirakif