Rusiyanın 24 milyard avro dəyərində aktivləri donduruldu

Avropa İttifaqı Rusiya vətəndadı olan fiziki şəxslərin və şirkətlərin 24,1 milyard avroluq aktivlərini dondurub, lakin onların müsadirə edilməsi üçün heç bir hüquqi əsası yoxdur.

Bu barədə cümə axşamı Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib. O, bildirib ki, hazırda sanksiyadan yayınan fiziki şəxslərin və şirkətlərin aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun hazırlanır:

“Hazırda Aİ qara siyahıya düşən fiziki şəxslərin və ya şirkətlərin 24,1 milyard avroluq aktivlərini dondurub. Bu aktivlər dondurulur, lakin onların müsadirəsi həyata keçirilə bilməz, bunun heç bir hüquqi əsası yoxdur. Bununla belə, biz artıq qarşıdakı mərhələdə olan sanksiyalardan yayınmanın cinayət məsuliyyətinə cəlb edilməsi təklifi üzərində işləyirik. Belə ki, sanksiyadan yayınma aşkar edilərsə, aktivlər müsadirə edilə bilər. Vacib olan odur ki, bütün bunlar qanunun aliliyinə uyğun olsun”, - deyə Viqand bildirib