Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur

2024-cü ilin oktyabrında Xankəndidə vəfat etmiş erməniəsilli Vera Ağasyanın meyitinin Ermənistana aparılması məsələsi həll olunmamış qalır.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirilib.
"Vera Ağasyanın cəsədinin Ermənistana gətirilməsi məsələsi müzakirə mərhələsindədir", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, martın 10-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov Ermənistanın Ağasyan Veranın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmədiyini .
"1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf beş aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir", - Şərafət Həsənov vurğulayıb.