Maskdan Marsa planlaşdırılan səfərlə bağlı maraqlı açıqlama

Amerikalı sahibkar və "Space X" şirkətinin təsisçisi İlon Mask Mars planeti ilə bağlı planlarının təfərrüatını açıqlayıb.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Milyarderin sözlərinə görə, 2026-cı ilin sonunda "qırmızı planet"ə göndərilməsi planlaşdırılan kosmik gəmidə "Tesla" mühəndisləri tərəfindən hazırlanan "Optimus" robotu da olacaq.

"Əgər bu enmələr uğurlu olarsa, insanların səfəri artıq 2029-cu ildə başlaya bilər, baxmayaraq ki, 2031-ci il daha ağlabatan tarixdir", - deyə Mask öz postunda yazıb.

Qeyd edək ki, biznesmen bir müddət əvvəl Marsa süni intellektli robotlar göndərməyi elan etmişdi. O, bunun 2026-cı ilin noyabrı üçün düşünüldüyünü vurğulamış və səfərin tarixini Yerlə Mars arasında səyahətin hər 26 aydan bir mümkün olması ilə izah etmişdi.