Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Lim10.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.