Trampın köməkçisi: "Ukraynada sülh Kiyevin ərazilərdən imtina etməsini nəzərdə tutur"

"Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Kiyevin gələcək təhlükəsizlik zəmanətləri müqabilində bir sıra ərazilərdən imtina etməsini nəzərdə tutacaq".

Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts bildirib.

"Nəzərdə tutulan variant gələcək təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcək statusu müqabilində ərazilərdən imtina etməkdir", - deyə o "ABC News" kanalına müsahibəsində müvafiq suala cavab olaraq bildirib.