Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib.
Lim10.az-ın məlumatına görə, bu barədə "Strana" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Zelenski Anatoli Barqileviçi vəzifəsindən azad edən və Andrey Qnatovu Baş Qərargah rəisi təyin edən fərmanlar imzalayıb.
A.Barqileviç Ukrayna Müdafiə Nazirliyinin Baş Müfəttişi vəzifəsinə təyin olunacaq.
Yeni Baş Qərargah rəisi Andrey Qnatov fevral ayında ordunun Birləşmiş Qüvvələrinin Komandanı vəzifəsindən, daha əvvəl isə "Xortitsa" qruplaşmasının Komandanı vəzifəsindən azad edilib. Bu günə qədər o, Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.