Bakıda neçə avtobusda kartla ödəniş mümkün deyil?

Bakı şəhəri üzrə sərnişindaşımada istismar edilən avtobusların sayı 2203-ə çatdırılıb.

Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə bu göstərici 1720 olub.

Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir.

Bu da avtobus parkının 77%-ni təşkil edir. 507 avtobusda isə ödənişlər nağd formada aparılır.