Şəkidə məktəblini sinif yoldaşları dağa apararaq DÖYDÜLƏR: Polis araşdırmalara BAŞLADI

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 nəfər sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb:
"Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material üzrə qərar qəbul olunacaq".