Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi

Misir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasını alqışlayıb və bunun Cənubi Qafqazda sabitliyin bərqərar olmasına kömək edəcəyini bəyan edib.
Lim10.az-ın Sis.gov.eg nəşrinə istinadən xəbərinə görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda bu proses hər iki ölkənin son illərdəki səylərinin kulminasiyası kimi səciyyələndirilib. Həmçinin hər iki tərəfin ən qısa zamanda sazişi imzalayacağına ümid ifadə edilib.