Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"

11 aylıq Əsmanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Aida Ataşova məlumat verib.
O bildirib ki, övladı dekabr ayında ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Əsma 11 aylıqdır. O, dekabrın 5-də iməkləyərək süfrəni üzərinə dartdı. Bu zaman stolun üstündəki qaynar termos onun üzərinə aşdı. Əsmanın hər iki ayağı yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"İnanın, əlimizdə olanı xərcləmişik. Hazırda müalicələri davam etdirməyə heç gücümüz qalmayıb. Vəziyyətimiz o qədər ağırdır ki, rayona qayıtmağa pul tapa bilməyib, borc almışdıq. İnanın, ağrılarından nə normal yuxu yatır, nə də yemək yeyir. Hazırda Əsmanın müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 791-34-60.
"Kapital Bank": 4169 7388 6465 0415.