"İçərişəhər"də qeyd edilən Novruz bayramından FOTOREPORTAJ

Novruz bayramı, xüsusilə Azərbaycanda böyük maraqla qeyd olunur. Hər il təntənəli şəkildə qeyd olunan bu bayramın ənənələrindən biri də tonqal qalamaqdır. Bakının qədim məkanlarından biri olan "İçərişəhər"də də bu il təntənəli bayram tonqalı qalanıb.

Lim10.az xəbər verir ki, burada əsl bayram ab-havası hiss olunub. Sakinlər tonqal ətrafına toplaşaraq Novruz bayramını birlikdə qeyd ediblər.

Bayramın xüsusi rəmzi olan tonqal, həmçinin insanların bir araya gəlməsini və təbiətə təşəkkür etməsini simvollaşdırır.

PhotoStock.az-ın "İçərişəhər" ərazisində qeyd olunan bayram şənlikləri ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.Az