Gəncədə qaz balonu partlayıb, yaralanan var

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

Lim10.az-ın "Report"a istinadla verdiyi məlumata görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A.Ələkbərovdur.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.