"Sülh göyərçini"nin qırğı dimdiyi

Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin yekun mərhələyə çatdığı görünsə də, real finiş xəttinə hələ də çox yol var.
Lim10.az-ın məlumatına görə, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında qeyd edilib.
Bildirilib ki, iki ölkənin diplomatları həqiqətən də böyük iş görüblər - müqavilənin mətni tam razılaşdırılıb və onun imzalanması həqiqətən tarixi bir an olacaq.
Qeyd etmək vacibdir ki, bu iş heç bir vasitəçi olmadan görülüb.
Vurğulanır ki, Paşinyan sülh sazişini imzalamağa hazır olduğunu təkrar-təkrar qeyd etməklə özünü sülh göyərçini kimi göstərməyə çalışır. Amma bu bəyanatlar şərti sərhəddə davam edən atışmalar fonunda onun qırğı dimdiyini təmizə çıxarmağa kömək etməyəcək.
Daha ətraflı videomaterialda:
"Sülh göyərçini"nin qırğı dimdiyi
