Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
Lim10.az bu barədə "Report"a istinadən xəbər verir.
Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.