Putin kilsəyə gedərək, Tramp üçün dua edibmiş

"Donald Tramp sui-qəsd cəhdi zamanı yaralananda Rusiya Prezidenti Vladimir Putin onun üçün dua edib".

Lim10.az "Kommersant"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Putin mənə dedi ki, Tramp yaralananda o, yerli kilsəyə gedərək, özünün keşişi ilə görüşüb və prezident üçün dua edib. Onun prezident olması üçün yox, onunla dostluğu olduğuna görə dua edib. Yəni dostuna görə dua edib" , - deyə o bildirib.

Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.