Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.
Üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni martın 22-dən 23-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.