Husilər İsrail və ABŞ hədəflərinə zərbələr endiriblər

Yəmənin qiyamçı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, eləcə də Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.
Lim10.az "Al Masirah" telekanalına istinadla xəbər verir ki, bu barədə husilərin silahlı birləşmələrinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Biz "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum etmişik. Bundan başqa, ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcısı ilə bərabər bir sıra hərbi gəmilərə hücum üzrə əməliyyat keçirmişik".