İsrail ötən ildən bəri ilk dəfə Livan ərazisindən atəşə tutuldu: Cavab əməliyyatına başladı

İsrail artilleriyası Livanın cənub ərazisini atəşə tutub.
Bu barədə Lim10.az "Janobia" portalına istinadla xəbər verir.
Bunun Livan tərəfindən İsrailin Metula yaşayış məntəqəsinin atəşə tutulmasına cavab addımı olduğu bildirilir.
Livanın Arnun və Kfar-Tibnit yaşayış məntəqələrinin ətraf əraziləri, habelə Yahmur əş-Şkif rayonu atəş altına düşüb.
Şahidlərin sözlərinə görə, İsrail Kfar-Kila və Hula sərhəd məntəqələrini də atəşə tutur.
İsrail hərbçiləri ölkənin şimal bölgələrinin Livan ərazisindən atəşə tutulduğunu qeydə alıblar.
Lim10.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, Livan tərəfdən Metula sərhədyanı qəsəbəsi istiqamətində üç mərmi atılıb.
İsrail Hərbi Hava Qüvvələri mərmiləri zərərsizləşdirib.
Qeyd edək ki, bu, 2024-cü il noyabrın 27-də ABŞ və Fransa vasitəçiliyilə atəşkəs sazişi bağlandıqdan sonra Livan tərəfindən İsrail ərazisinin atəşə tutulması ilə bağlı ilk məlumatdır.
Həmin sazişə əsasən, Livan ordusu BMT sülhməramlılarının dəstəyi ilə cənub sərhədi boyunca yerləşdirilməli və "Hizbullah" bölmələri Litani çayının arxasına çəkilməli idi.