Axşam yeməkləri: Sağlam qida belə təhlükəli ola bilər

Britaniyalı dietoloq, professor Sara Berri axşam saatlarında yeməyin sağlamlıq üçün potensial risklərini açıqlayıb.

Lim10.az championat.com-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, hətta axşam saat 9-dan sonra qəbul edilən sağlam qəlyanaltılar belə orqanizm üçün mənfi nəticələr doğura bilər.

İdeal olaraq, yemək qəbulunu saat 8-dən gec olmayaraq başa vurmaq lazımdır. Daha gec qəbul edilən qida xolesterin səviyyəsinin və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər ki, bu da ürək-damar xəstəliklərinin riskini artırır.

Əgər qəlyanaltı etmək mütləq vacibdirsə, dietoloq sağlam məhsulları seçməyi məsləhət görür: Məsələn, tort, çips və ya peçenye deyil, qoz və ya digər çərəzlər kimi sağlam alternativlər.