Rusiyada ilk "araq içmək" elektromobili düzəldildi

Rusiyanın Moskva vilayətinin Lyubertsı şəhərində ilk "araq içmək" elektromobili düzəldilib.

Bu barədə Lim10.az "Avito" saytına istinadla xəbər verir.

Onu artıq 270 min rubla (təqribən 5 600 manat) satıblar. Gəzinti məqsədilə hazırlanan kustar elektromobildə 6-7 nəfər əyləşə bilər. Sürəti isə saatda 10-15 kilometrdir.

Müştərilər elektromobildə oturaraq spirtli içki qəbul edə və vaxt keçirə bilərlər.