Qazaxıstan Ginnesin Rekordlar Kitabına düşdü

Qaxıstanın Mangistau vilayətində qazax milli geyimləri ilə bağlı yeni dünya rekordu müəyyənləşdirilib.

Bu barədə Lim10.az BaigeNews.kz-a istinadla xəbər verir.

Novruz bayramı günü Aktauda ənənəvi geyimdə olan beş mindən çox insanın eyni vaxtda toplaşması Qazaxıstanın Ginnesin Rekordlar Kitabına düşməsinə imkan yaradıb.

Müxtəlif peşə sahibləri, etnik qrupların, yaşlı nəslin nümayəndələri və ucqar kəndlərdən gələn qonaqlar daxil olmaqla, 5 500-dən çox insan mədəni irsin populyarlaşmasına öz töhfəsini verib.

Rekordun müəyyən edilməsi tədbiri Böyük Britaniyadan Aktauya getmiş Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndələrinin nəzarəti altında keçirilib.

İştirakçılar xüsusi hazırlanmış meydançada cərgəyə düzülüblər, mütəxəssislər isə bir neçə saat ərzində nəticələri qeydə alaraq yoxlayıblar.

Sonda bütün tələblər yerinə yetirilib və Qazaxıstan rəsmən dünya rekordunun sahibi olub.