Türkiyədə Beylikdüzü bələdiyyəsinin sədri Murat Çalık həbs edildi

Türkiyədə Beylikdüzü bələdiyyəsinin sədri Murat Çalık həbs edilib.

Lim10.az "Haber Global"a istinadən xəbər verir ki, həbs yerli özünüidarəetmə orqanlarında korrupsiya araşdırması çərçivəsində həyata keçirilib.

Çalık İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə birgə saxlanılanlar arasında olub.

Bu gün məhkəmə hər iki şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.