Putinlə Tramp arasında videokörpü təşkil edilə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp zərurət olduqda videokörpü vasitəsilə də əlaqə saxlaya bilərlər.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu iki prezidentin şəxsi qərarıdır", - o, jurnalist Pavel Zarubinin sualına belə cavab verib.

"Əgər onlardan biri videokörpü vasitəsilə əlaqə qurmağı təklif etsə, bu, ani olaraq təşkil edilə bilər. Çünki videoəlaqə üçün qaynar xətt də yaradılıb və şifrələnib, qorunur. Bu, dövlət başçılarına ən həssas mövzularda danışıqlar aparmağa imkan verir", - Peskov qeyd edib.