Rusiyada onlarla avtomobil yanaraq kül oldu

Rusiyanın Vladivostok şəhərində dayanacaqda böyük yanğın baş verib.

Lim10.az "Mash" "Telegram" kanalına istinadla xəbər verir ki, hadisə vaxtı 30 avtomobil yanıb.

Yanğın zamanı bir neçə partlayış baş verib. Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.

Primorye prokurorluğundan verilən məlumata görə, yanğına səbəb naməlum şəxsin avtomobili yandırması olub. Nəticədə alov yaxında dayanan maşınlara keçib və yekunda dayanacaqdakı maşınların hamısı yanıb.