Moskvanın elit yaşayış kompleksində güclü yanğın başlayıb

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən "Roza Rossa" elit yaşayış kompleksində güclü yanğın başlayıb.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı yazıb.

Qeyd olunub ki, yanğın binalardan birinin yuxarı mərtəbəsində başlayıb.

Yanğın sahəsinin 1 000 kvadratmetr olduğu təxmin edilir. Hadisə yerində partlayışların baş verdiyi qeyd olunur. Hələlik insidentin digər təfərrüatı barədə məlumat verilmir.