Dmitri Peskov: "Putinin Trampa verdiyi şəxsi hədiyyədir"

Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa verdiyi şəxsi hədiyyələr barədə məsələni şərh etmir.
Lim10.az TASS agentliyinə istinadən xəbər verir ki, oxşar açıqlama ilə Dmitri Peskov V.Putinin D.Trampa rusiyalı rəssam tərəfindən fırça ilə çəkilən ABŞ prezidentinin rəsminin hədiyyə olaraq verilməsinə dair yayılan xəbərlərə münasibət bildirərkən söyləyib.
"Sizə deyə biləcəyim yeganə məlumat budur ki, bu, prezidentin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir. Hədiyyə şəxsi xarakter daşıdığından əlavə məlumat vermək istəməzdik", - deyə Kremlin nümayəndəsi bildirib.
D.Peskov əlavə edib ki, nə zamansa Rusiya prezidentinin özü bu barədə danışmağı məqsədəuyğun sayarsa, ictimaiyyətə məlumat verilə bilər.