"Ferrari" suya düşmüş avtomobilə görə məhkəməyə verildi

ABŞ-nin Nyu-Cersi ştatı məhkəməsi bir neçə "Ferrari 488" sahibinin italyan şirkətinə qarşı qaldırdığı kollektiv iddianı mahiyyəti üzrə baxılması üçün qəbul edib.

Lim10.az "CarBuzz"a istinadən xəbər verir ki, "Ferrari" nasaz əyləclər haqqında məlumatı gizlətməkdə ittiham olunur. Bundan əlavə, "Ferrari"nin geriçağırma kampaniyasını zəif həyata keçirdiyi iddia edilir.

İddiaçılardan biri işlənmiş "Ferrari 488" avtomobilini 2021-ci ildə alıb və bir aydan az müddətdə avtomobili idarə edərkən əyləclərin effektivliyini itirdiyini aşkar edib. O, evə qayıdarkən kupe gölməçəyə düşüb.

İkincisi şəxs iddia edir ki, onun avtomobilinin əyləcləri düz yarış yolunda sıradan çıxıb və nəticədə avtomobil təkər baryerinə çırpılıb. İddiaçı dəymiş ziyanı 150 min dollar həcmində qiymətləndirir.