"Google"un hər istifadəçisinin öz rəqəmsal barmaq izi var

"Google" axtarış sisteminin hər bir istifadəçisinin öz rəqəmsal barmaq izi var".

Lim10.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu "Kasperski laboratoriyası"nın eksperti Anna Larkina deyib.

Onun sözlərinə görə, "barmaq izi" istifadəçinin texniki xüsusiyyətlərinin toplusudur: "Bura cihazda quraşdırılan tətbiqlərin siyahısı, IP ünvanı, lokasiya və s. daxildir".

Ekspert əlavə edib ki, onlayn dələduzluqla mübarizədə "barmaq izi"ndən istifadə edilə bilər:

"Bundan başqa, bu cür məlumatlar reklamların göstərilməsi və ya digər marketinq məqsədləri üçün yararlı sayılır".