Polşa Avropada ən böyük enerji anbarının tikintisinə başladı

Polşa Enerji Qrupunun (PGE) rəhbəri Dariuş Majets Avropada elektrik enerjisi üçün ən güclü akkumulyator anbarının tikintisinə başlandığını elan edib.

Lim10.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Majetsin sözlərinə görə, tam dolu anbar 2.5 milyon ev təsərrüfatının gündəlik enerji istehlakını təmin edə biləcək.

O, izah edib ki, obyektin tikintisi günəşli və küləkli günlərdə elektrik enerjisinin həddindən artıq istehsalı ilə bağlıdır.

Enerji anbarı yarımçıq atom elektrik stansiyasının yerləşdiyi Qdansk yaxınlığındakı Zarnovets şəhərində tikiləcək.