Simonyan: "Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı saxlaya bilməz"

"Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilməz".
Lim10.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
A.Simonyan söyləyib ki, ölkəsinin siyasi vektorunu dəyişməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil:
"Ermənistan öz suverenliyi və müstəqilliyini qoruyur. Biz yalnız aldadıldığımızı görəndə fikir bildirir, bununla bağlı məsələ qaldırırıq. Rusiya da daxil olmaqla, hər hansı bir dövlətlə əlaqələrimizə son qoyacağımızı deməmişik. Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilmərik".
A.Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı danışarkən isə bildirib ki, bu qurum ilk növbədə özünün mövcud olub-olmadığını dəqiqləşdirməlidir.