Rusiyalı sərhədçilər Ermənistanda qəzaya düşdülər: Ölən var

Ermənistanın cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.
Lim10.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə bu gün Zəngəzurda (Sünik) bölgəsində, Mehri-Nrnadzor yolunda, UAZ markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.
Yaralının vəziyyəti ağır olaraq qiymətləndirilib.