Avropa Şurasının sədri: "Aİ Rusiyanın aktivlərini blokdan çıxarmayacaq"

Avropa Birliyi Rusiyanın aktivlərini blokdan çıxarmayacaq, çünki onların reinvestisiyasından əldə edilən gəlirlər Yeddilik Qrupunun (G7) Ukraynaya verdiyi hərbi kreditlər üçün zəmanət rolunu oynayır.

Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının sədri Antoniu Koşta Brüsseldəki Avropa Siyasəti Mərkəzində çıxış edərkən bildirib.

Qeyd edək ki, Aİ Şurasının 2023-cü il dekabr qərarına görə, G7 xətti ilə dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilən gəlirlər hesabına açılan kredit proqramı 40 milyard avrodur və 2027-ci ilə qədər nəzərdə tutulub. Bu kreditlər üzrə ödənişlər isə 2040-cı ilə qədər başa çatdırılmalıdır.

Koşta həmçinin bildirib ki, Rusiyanın aktivləri Ukraynaya təzminat ödənilməsi üçün istifadə edilməlidir.